“Akif İslamzadənin anası bunu bacarıbsa...” - QALMAQAL BÖYÜYÜR!

saytların hazırlanması

Evə çatdırılma

“Akif İslamzadənin anası bunu bacarıbsa...” - QALMAQAL BÖYÜYÜR!

Sosial

27 İyun 2024 12:31 6980


“Qadın elm öyrədə bilməz, çünki Allah ona elm verməyib”. 

Tanınmış müğənni Akif İslamzadənin bu fikirləri cəmiyyətdə birmənalı qarşılanmayıb. Əksər insanlar ifaçının dediklərinin reallığı əks etdirmədiyini bildiriblər. 

Onlardan biri də "Vəfa" Sosial Problemlərin Həllinə Dəstək İctimai Birliyinin sədri, orta məktəb müəllimi Fatimə Hacıbəylidir. Fatimə xanım “Yeni Sabah”a açıqlamasında qeyd edib ki, əgər kişilər məktəbdə dərs demək istəmirsə, bu qadınların günahı deyil:  Dördpendirli pizza

“Akif müəllimin sənətinə və şəxsiyyətinə böyük hörmət etsəm də, onun bu fikri ilə razılaşmıram. O nə deməkdir ki, qadın elm yox, məlumat verə bilər? Elm cəhətdən yüksək səviyyədə olan, alimlik zirvəsinə ucalan o qədər qadınlarımız var ki! Universiteti bitirən oğlanlar məktəblərdə dərs demək istəmirsə, bu bizim günahımız deyil. Və bir də sosial şəbəkədə video yayılmışdı. Videoda oğlan uşağı qadın kimi rəqs edirdi. Həmin video haqda fikirlər yayılmışdır ki, əgər oğlan uşaqları qadın kimi davranış sərgiləyirsə, bu ondan irəli gəlir ki, onun kişi müəllimi yoxdur”. 

QHT rəhbəri insanları qadın-kişi olaraq bölməyin tərəfdarı olmadığını da açıqlayıb: 

“Bəs Akif İslamzadənin anası, yaxud başqa kişilərin anası qadın deyilmi? Əgər o qadınları kişiləri kişi kimi böyüdübsə, deməli yerdə qalanlar da bunu bacara bilər. Mən insanları qadın yaxud kişi olaraq bölməyi xoşlamıram. Qadın və kişi eynidir. Sadəcə, burada şəxsiyyət problemi ola bilər. O çox yalnış bir sözdür ki, qadın elm verə bilməz. Hazırda çalışdığım Xətai rayonu 25 saylı orta məktəb tələbə qəbulu üzrə birincilər sırasındadır. Tələbələrimiz də göz önündədir. Hazırda Qarabağ Universitetində dekan olaraq fəaliyyətə başlayan Elmar Mustafayev mənim şagirdim olub. Bundan əlavə, “Badam” klinikasında bir nömrəli anestezioloq olan Turanə xanım da bizim şagirdimizdir. Bir çox adamın adını çəkə bilərəm ki, yüksək vəzifələrdə çalışırlar. Bəs onları biz müəllimlər yetişdirməmişik? Bizim məktəbdə 5 nəfərə yaxın kişi müəllimi var. Müəllimlərin kişi və qadın olmasının belə məsələlərə heç bir aidiyyatı yoxdur. Qadın çox gözəl savad, elm verir və düzgün formada insanı istiqamətləndirir. Ona görə də Akif müəllimin fikri ilə birmənalı şəkildə razı deyiləm”. 

Aytac Şahin 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!