Aktrisa qalmaqallı Kinoittifaqdan danışdı: “Mənə sadəcə dedilər ki...“

saytların hazırlanması

Evə çatdırılma

Aktrisa qalmaqallı Kinoittifaqdan danışdı: “Mənə sadəcə dedilər ki...“

Şou

26 Yanvar 2023 10:38 1079


"Nə Kinematoqrafçılar İttifaqından xəbərim var, nə də orada baş verən hadisələrdən".

Yenisabah.az moderator-a istinadla xəbər verir ki, bunu Əməkdar artist, Akademik Milli Dram Teatrının aktrisası Münəvvər Əliyeva deyib.

O əlavə edib: "Mən aktrisayam, teatrda çalışıram. Şəfiqə xanımın ittifaqından ərizə yazıb çıxmamışam. Nəinki Şəfiqə xanımın, digər ittifaqdan da ərizəmlə çıxmamışam. pizza sifarişi

Mənə sadəcə dedilər ki, 2 ittifaqda da qalmaq olar. İndi bilmirəm ittifaqlarda qalmışam, ya yox. Bəlkə çıxarıblar? İnanın ki, bunlardan da qətiyyən xəbərim yoxdur. O vaxtdan da Şəfiqə xanımla üz-üzə gəlməmişəm".

Aktrisa şikayətlənib: "Əvvəllər bizi sayırdılar, kino təqdimatlarına, kino gecələrinə dəvətnamə yollayırdılar, gedib iştirak edirdik. Artıq bu ənənə tarixə qovuşub. Bu illər ərzində heç bir kinoittifaqından bunları görmədim. Əslində onlar sayıb bizi dəvət etməlidir, çünki onların üzünü biz ağ edirik. Teatr aktrisaları üçün elə teatr ağlayır, kinoittifaq yox".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!