Aktrisa şikayətləndi: “2 aydır maaş almırıq“ - Video

saytların hazırlanması

Evə çatdırılma

Aktrisa şikayətləndi: “2 aydır maaş almırıq“ - Video

Şou

22 Fevral 2023 11:14 2757


Aktrisa Xəyalə Quliyeva 2 aydır maaş almadığını bildirib. 

Yenisabah.az Olay-a istinadla xəbər verir ki, bu barədə o, "TikTok"da canlı yayım zamanı danışıb.  

Xəyalə deyib ki, Türkiyədə baş verən zəlzələyə görə dünyasını dəyişənlərə ehtiram əlaməti olaraq “Komedixana” yayımlanmır:  Toyuqlu pizza

““Komedixana” bu həftə də Türkiyədəki faciəyə görə olmayacaq. Konsertdən sonra 2 çəkilişimiz olub. 2 aydır maaş almırıq. Hamı qınayır, nələrsə deyir. Amma hər kəs də iş-gücündədir”.

Aktrisa bildirib ki, 44 günlük Vətən müharibəsində Türkiyədə şou proqramlar davam edib:

“Onlara öz vətəndaşları demədi ki, Azərbaycanda müharibə gedir, niyə konsert verirsən? Biri başa düşüb demir ki, işimiz dayanıb. Biz yardım topladıq, göndərdik. Amma onların öz “makler”ləri zəlzələdə evsiz qalanlara mənzil vermirdi, qiymət oxuyurdular.  Yenə də qınanan biz oluruq. Ancaq özümüzü “vururuq”. İşimiz budur.

Adi çəkilişə geyim verir, onu paylaşıb reklam edirsən. Bunu qınayırlar. Kimə işdən 40 gün icazə verirlər? Uzağı bir həftə! Hamı işləyir! Amma bir biz oturmuşuq”.

X. Quliyeva ilə bərabər, canlıda olan aktrisa Zarina Qurbanova deyib:

“Mənasız insanlardır, diqqət çəkir. Cavidan Novruzun ad günündən video paylaşılmışdı. Bir Türkiyə vətəndaşı yazmışdı ki, biz sizin 44 günlük müharibədə heç yas saxlamadıq. Sağ olun ki, bizim yasımızı saxlayırsız.

Çox yaxşı yazmışdı. Həkimlərin işi iynə vurmaqdırsa, bizim işimiz budur. Efir insanlarıyıq. Üzümüz gülürsə, o demək deyil ki, nələrsə yazıb qəlbimizi qırasız”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!