Aktrisanın təzminat ödəmək üçün pulu yoxdur

saytların hazırlanması

Evə çatdırılma

Aktrisanın təzminat ödəmək üçün pulu yoxdur

Şou

03 İyun 2022 12:31 1176


Məhkəmədə uduzmuş aktrisa Ember Hördün keçmiş əri Conni Deppə böhtan və məhkəmə xərclərinə görə mənəvi təzminat ödəmək üçün pulu yoxdur.

Yenisabah.az "NBC Today"ə istinadla xəbər verir ki, bunu onun vəkili Eleyn Bredehof bildirib.

Məhkəmə qərarına əsasən, Hörd keçmiş ərinə 10,35 milyon dollar və məhkəmə xərcləri üçün 5 milyon ödəməlidir. Sezar pizza

Vəkil bildirib ki, aktrisa bu məbləği tam ödəyə bilmir. O, həmçinin Deppin müdafiə tərəfinin Hördü şeytanlaşdırdığı və Deppə qarşı sübutların çoxunu gizlətdiyi üçün müştərisinin uduzduğunu söyləyib.

İyunun 1-də münsiflər heyəti Ember Hördü böhtanda təqsirli bilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!