Aktyor Yaşar Nurinin ailəsini qəzəbləndirdi: “Onun ağzını yumun!”

Aktyor Yaşar Nurinin ailəsini qəzəbləndirdi: “Onun ağzını yumun!”

Mədəniyyət Veb saytların hazırlanması

09 Fevral 2024 17:28 15298


Aktyor Nofəl Şahlaroğlunun Youtube-da yayımlanan “Bax da” layihəsinin növbəti buraxılışında səsləndirdiyi fikirlər müzakirələrə səbəb olub. 

Onun mərhum Xalq artisti Siyavuş Aslanı tənqid etməsi birmənalı qarşılanmayıb. 

Mövzu ilə bağlı Yenisabah.az-a danışan mərhum Xalq artisti Yaşar Nurinin xanımı Rəhimə Nuriyeva əsəblərini cilovlaya bilməyib. 

O, Nofəl Şahlaroğlunu səsləndirdiyi fikirlərə görə qınaq atəşinə tutub: 

“Mən bu gün Nofəlin dediklərini gördüm. Oxuduğum mövzu mənə o qədər təsir etdi ki, bilmirəm buna nə ad verim... 

Kim nə istəyirsə, ağzına, ağlına gələni deyə bilərmi? Siyavuş Aslan haqda dediklərini eşitdikcə dəhşətə gəldim. Ümumiyyətlə, Nofəl kimdir?! Mən Nofəli üzbəüz gəlsək heç tanımaram, bir-iki dəfə efirlərdə görmüşəm. O, aktyordur, sənətçidir, tənqidçidir, musiqişünasdır, blogerdir, tiktokerdir? Mən onun sənətini təyin edə bilmirəm. Əgər o İncəsənət Universitetinin aktyorluq fakültəsini bitiribsə, getsin öz işi ilə məşğul olsun. Onun sənət adamları haqda axmaq fikirlər söyləməyə heç bir ixtiyarı yoxdur! O deyir ki, Siyavuş Aslanın oynadığı rolun kəkələməyi insanlarda qıcıq yaradır. Bu nə deməkdir? 

Mən sənətkarın həyat yoldaşı olmuşam, daim sənətkarların əhatəsində olmuşam. Nofələ kim ixtiyar verir ki, “Hicran” tamaşasını tənqid etsin? O tamaşa Azərbaycan mədəniyyətinin incilərindən biridir, fenomenal əsərdir. O kimdir ki, tamaşadan 50 il keçəndən sonra haqqında rəy verir?! 

Yaşar haqqında da danışmışdı, cavabını vermişdim, yerinə otuzdurmuşdum, əgər otura bilmədisə, təzədən otuzdura bilərəm! Buna gücüm də çatır! Bəsdir! Gündə bir sənətkar haqda danışır, ona cavab vermək lazımdır ki, ağzı yumulsun!” 

Rəhimə Nuriyeva aidiyyəti qurumlara müraciət edərək aktyor haqda ölçü götürülməsini tələb edib: 

“Mən Teatr Xadimləri İttifaqına, Mədəniyyət Nazirliyinə müraciət edirəm, bu insanı çağırıb başa salın, ağzını yumun. Bu gün həyatda olmayan, ömrünü sənətə həsr etmiş insanları çıxıb necə tənqid etmək olar? 

Nofəl Siyavuş Aslan, Yaşar Nuri kimi sənətkarların yanında heç dənizdəki damla belə deyil. 

Aidiyyəti qurumlardan xahiş edirəm, o insanı çağırıb ağlını başına gətirsinlər. Əgər ağlı başında deyilsə, onun üçün yaxşı həkim taparam. Müalicə olunması üçün yaxşı psixiatrlar, nervpotoloqlar tapa bilərəm. Sözü varsa, məni yığsın! Ayıb olsun, sadəcə ayıb olsun! 

Belə çıxır ki, bütün tarixi filmlərimizi, əsərlərimizi, tamaşalarımızı qoyaq ortaya başlayaq tənqid etməyə? Birincisi, danışdığı insanlar bu dünyada yoxdur, ikincisi, sənət adamları haqda bu cür danışmaq ayıbdır. Yalnız həyasız insan bu cür danışa bilər”. 

Əsmətxanım Rzazadə 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Müşərrəf
    Tam razıyam vətəndaş olaraq tanımıram nofəl kimdi hansı rolları var nəylə məşhurdu amma hicran tamaşasına əhməd haradadır bəyin oğurlanması filmlərinə dəfələrlə baxmaqdan doymuram hır dəfə yeni nəsə kəşf edirəm sanki olar bir kalifeydi məktəbdi heç kim qüsur axtara bilməz.o dövürdə texnologiyanın inkişaf etmədiyi bir vaxtda o insanlar möhür vurub sənətə
    18 days ago
  • Nazim
    Sadəcə tanınmışları təngid etməklə reklam olmağ istəyir.reaksiya verməyin vəssalam.
    18 days ago
  • Pərəstişkar Vətəndaş
    Belə "aktyorlar" təxribat xarakterli fikirlər səsləndirməklə gündəmə gəlmək istəyən qaragüruhçular ola bilər, bəlkə də xalqımızın mədəniyyətini alçaltmaq niyyətində olan xarici agentlər ola bilər. Araşdırma nəticəsində məlum olacaq. Mən də Yaşar Nurinin, Siyavuş Aslanın və digər nəhəng korifeylərimizin sənətinə vurğun olan vətəndaş kimi bu məsələnin aidiyyəti orqanlar tərəfindən araşdırılmasını məqsədəuyğun hesab edirəm.
    18 days ago
  • Rasim
    Hərə alib əlinə mikrofon.gic gic danişir ( məhsur olmag istəir . Bədbaxt ged bir guzgudən özünə bax sonra korifey aktyorlara söz at
    18 days ago
  • Adil
    Duz deyir,Nofəl haranın artistidir ki,bu haqqda danışir,getsin özünü həkimə göstərsin,Hicran komediyasının 100 dəfə baxanda yenə ləzzət edir.
    19 days ago
  • Ömərova Əminə
    Mən Rəhimə xanımla ikiəlli razıyam. Korifey sənətkarların ünvanına yaraşmayan açıqlama verən insanların əleyhinəyəm. Onları susdurmaq lazımdır. Ən çox da Nofəl kimiləri. Əgər bir iki dəfə efirə çıxıb təlxəklik edibsə, bu o demək deyil ki, sən talanlısan. Belələrinə deyirlər ki, "gec gəlib tez öyrənən" Nofəl kimiləri çox olub. İndi heç yada düşmürlər.
    19 days ago