Xalq artisti Afaq Bəşirqızı aktyorlar üçün qəbiristanlıq salınmasını istəyir.
Yenisabah.az Olay-a istinadla xəbər verir ki, bu barədə ustad aktrisa “ATV səhər”ə açıqlamasında bildirib.
A. Bəşirqızı Rusiyadakı mədəniyyət xadimləri üçün salınan Novodeviçye qəbiristanlığını misal çəkərək Azərbaycanda da yaradılmasını təklif edib: Dominos pizza
“Neçə vaxtdır deyirəm ki, aktyorlar üçün qəbiristanlıq yaradılsın. Çünki aktyorlar, incəsənət adamları rəhmətə gedəndə hamı qalır bir-birinə baxa-baxa. Çətinlik çəkilir, gözləyirlər ki, Qurd qapısından, Xırdalandan xəbər verilməlidir. Tanınmış aktyorlar bir arada olmalıdırlar. Novodeviçye qəbiristanlığına giriş bizim pulla 3 manatdır. Oradan yığılan pul isə işçilərə verilir”.
Telegram kanalımız