Aktyoru Niyaməddin Musayevə görə toyda döydülər - Video

saytların hazırlanması

Evə çatdırılma

Aktyoru Niyaməddin Musayevə görə toyda döydülər - Video

Şou

23 Dekabr 2019 14:08 1315


ARB TV-nin “Söhbət var” verilişinin qonağı aktyor və parodiyaçı Ramin Abdullayev olub.

“Yeni Sabah” xəbər verir ki, məşhur parodiyaçı Xalq artisti Niyaməddin Musayevə görə toyda döyüldüyünü etiraf edib:

“Toya getmişdim. Parik taxıb Niyaməddin Musayevi parodiya edirdim. Toy sahibi mənə sürpriz edib. “Röya” ansanbılı orada idi. Niyaməddin bəy də yoldadır gəlir. Mənim bunlardan xəbərim yox idi. Hər kəs uzaqdan elə bilir ki, mən Niyaməddin Musayevəm. Yaxınlaşanda görürlər ki, yox o deyil. Mən də oxumağa davam edirdim. Oxuyub bitirdim. Zaldan çıxanda Niyaməddin bəylə rastlaşdıq. Mənə dedi ki, hara gedirsən? Rəngim ağardı, əl-ayağım əsdi. Dedim ki, toy yiyəsi yaxın adamımdır. Xahiş etdi, mən də gəldim. (Əslində heç tanımırdım kimdir) Məni yola saldılar. Nərdivanlardan “yola saldılar”, yıxıldım, yüngülvari xəsarət aldım”. Pepperoni pizza

Həmin görüntüləri təqdim edirik:

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!