“Alatava” serialının yayımı dayandırılacaq? - Rəsmi açıqlama 

saytların hazırlanması

Evə çatdırılma

“Alatava” serialının yayımı dayandırılacaq? - Rəsmi açıqlama 

Şou

04 İyun 2024 13:35 327


Ölkə üzrə ümumi janrlı yayımçıların proqramındakı maarifləndirici verilişlərin miqdarı arzuolunan qədər deyil. 

Yenisabah.az xəbər verir ki, bunu Audiovizual Şuranın aparat rəhbəri Fazil Novruzov "Audiovizual media: Normalar, reallıqlar və çağırışlar" mövzusunda onlayn media subyektləri ilə keçirilən dəyirmi masada çıxışı zamanı deyib.

O bildirib ki, ümumi janrlı kanalların proqramında maarifləndirici verilişlərin həcmi 10-12 faizdir: “Bu rəqəm bizim üçün heç də arzuolunan deyil. Lakin biz yayımçıların seçiminə müdaxilə edə bilmərik”. pizza

Fazil Novruzov vurğulayıb ki, bu yaxınlarda İctimai TV-də yayımlanan "Alatava" serialındakı müəyyən məqamlar ilə bağlı yayımçıya tövsiyələr verilib: “Bu kanal ictimai yayımçı olduğu üçün biz onun yayımını dayandıra bilməzdik, lakin tövsiyələr vermişik". (APA) 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!