Alban-Udi icması Qarabağa yeni səfər edəcək

saytların hazırlanması

Evə çatdırılma

Alban-Udi icması Qarabağa yeni səfər edəcək

Sosial

13 Fevral 2021 10:16 589


Alban-Udi xristian icmasının rəhbəri Robet Mobili azad olunmuş ərazilərdəki Alban kilsələrinin son durumu haqqında məlumat verib.

Yenisabah.az xəbər verir ki, Modern.az-a açıqlamasında o həmin ərazilərə mərhələli şəkildə səfər edildiyini söyləyib.

“Bildiyimiz kimi, azad olunmuş ərazilər hazırda minalardan təmizləmə işləri aparılır. Bu səbəbdən həmin ərazilərə mərhələli şəkildə səfər edirik. Zəfər günündən bəri həmin ərazilərə 3 dəfə səfər etmişik. Mən səhhətimlə bağlı bəzən səfərlərdə iştirak edə bilmirdim”. pizza sifarişi

R.Mobili açıqlamasında qeyd etdi ki, gələn həftə Laçınla, Kəlbəcərə də səfərlər planlaşdırılır:

“İnşallah, gələn həftə təxminən 10-15 icma üzvü ilə birgə  səfərimiz olacaq. Bu dəfə Laçınla, Kəlbəcəri ziyarət edəciyik. Hələ ki, Xudavəngdə və Ağoğlanda olmuşuq”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!