Aleyna Tilki aktyorluq təklifləri aldığını, lakin çəkiliş meydançalarının onun üçün çətin olduğunu açıqlayıb.
“Yeni Sabah” xəbər verir ki, məşhur müğənni bu barədə ötən axşam qatıldığı film təqdimatında danışıb. Aleyna Tilki filmdə ən çox bəyəndiyi obrazın Farah Zeynep olduğunu bildirib.
“Filmi izləmək və Farahı görmək üçün gəldim”, – deyə müğənni qeyd edib. Sezar pizza
Aktyorluq üçün ona çoxsaylı təkliflər gəldiyini deyən Aleyna Tilki bu sahədə çalışmağı düşünmədiyini bildirib. “Aktyorluq çox çətindir. Aktyorlar üçün təyyarəyə minmək, konsertlərə getmək, qastrol səfərləri etmək çox çətindir. Çəkiliş meydançaları da mənim üçün çox çətindir. Bu barədə düşünmürəm”, – deyə o bildirib.
Əsmətxanım Rzazadə
Telegram kanalımız