“Alim Qasımov bir daha sübut etdi ki...” - Afaq Bəşirqızı DANIŞDI

saytların hazırlanması

Evə çatdırılma

“Alim Qasımov bir daha sübut etdi ki...” - Afaq Bəşirqızı DANIŞDI

Şou

12 İyun 2025 13:56 496


“Alim Qasımov çox böyük sənətkardır. Sənətkarlıqda, sənətdə özünü təsdiq etmiş sənətkardır və o, mənfi müzakirələrin mövzusu ola bilməz”.

Yenisabah.az xəbər verir ki, bunu Demokrat.az-a açıqlamasında Xalq artisti Afaq Bəşirqızı deyib. O bildirib ki, Alim Qasımovun bu görüntüsündə elə bir böyük faciə yoxdur:

“O, zarafatcıl oğlandır. Verilişlərdə də görürsünüz, deyir, gülür, şən əhvallı adamdır. Repə qadağa qoyulmayıb. Alim Qasımov bir daha sübut etdi ki, öz sənətini nümayiş etdirmək üçün ona saniyələr də bəs edir. Yaşasın Alim Qasımov!” pizza mizza

Qeyd edək ki, Xalq artisti Alim Qasımovun toyda rep oxuduğu görüntülər sosial şəbəkələrdə birmənalı qarşılanmayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!