Alim Qasımov “od püskürdü”: Pünhan Piriyevə   ŞOK CAVAB

saytların hazırlanması

Evə çatdırılma

Alim Qasımov “od püskürdü”: Pünhan Piriyevə ŞOK CAVAB

Şou

05 Oktyabr 2026 20:10 673


Bir neçə gün əvvəl Hacıqabul rayonunda özünə toy edən müğənni Pünhan Piriyev məclisinə dəvət etdiyi bəzi həmkarlarından gileylənib.

"Yeni Sabah" xəbər verir ki, ifaçı müğənnilərdən birinin toyda iştirak etmək üçün 15 min manat qonorar istədiyini bildirib və söhbətin Xalq artisti Alim Qasımovdan getdiyini açıqlayıb.

P.Piriyev Alim Qasımovun bu istəyindən narazı qaldığını, Xalq artistinə hər zaman hörmətlə yanaşdığını və onun xeyir işlərində iştirak etdiyini deyib. Dominos pizza

Müğənni həmçinin Əməkdar artist Yusif Mustafayevin də məclisdə iştirak etmədiyini qeyd edib.

Bununa bağlı “Cebheinfo.az”-a açıqlamasında Xalq artisti Alim Qasımov Pünhan Piriyevin onun toyunda iştirak etməməsi və 15 min manat qonorar istəməsi ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib.

O qeyd edib ki, bu məsələnin bu qədər diqqət çəkməsini anlamır:

“O boyda sənət göstəririk, heç bir jurnalist maraqlanmır. İndi kimsə nəsə deyib, hamı zəng edib sual verir”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!