Alimlər yuxuların məzmununu idarə etməyin yolunu tapdılar

saytların hazırlanması

Evə çatdırılma

Alimlər yuxuların məzmununu idarə etməyin yolunu tapdılar

Maraqlı

15 Fevral 2026 14:11 815


ABŞ-nin İllinoys ştatının Evanston şəhərindəki Şimal-Qərb Universitetinin neyrobioloqlarının yeni araşdırması yuxuların məzmununu istiqamətləndirməyin mümkün olduğunu göstərib.

"Yeni Sabah" xəbər verir ki, müvafiq araşdırma "Neuroscience of Consciousness" jurnalında dərc olunub.

Eksperimentin iştirakçılarına sürətli yuxu fazası (REM) zamanı həll olunmamış tapmacalarla bağlı səs siqnalları verilib. Nəticədə iştirakçılar həmin tapşırıqları yuxuda tez-tez görüblər və onları daha effektiv şəkildə həll ediblər. pizza

Tədqiqatda yaddaşın hədəfli reaktivasiyası (TMR) texnikasından istifadə olunub. İştirakçılar hər biri unikal səslə əlaqələndirilmiş mürəkkəb tapmacaları həll etməyə çalışıblar. Daha sonra onlar laboratoriyada yatarkən alimlər beyin fəaliyyətini izləyib və REM yuxusu zamanı həll olunmamış tapşırıqların yarısı ilə bağlı səsləri səsləndiriblər.

Nəticədə iştirakçıların 75 %-i yuxularında həmin tapmacaların elementlərini gördüklərini bildiriblər. Yuxuda görünən tapmacalar daha yüksək tezliklə həll olunub: yuxuda görünənlər üçün bu göstərici 42 %, görünməyənlər üçün isə 17 % təşkil edib. 20 iştirakçıdan 12-də yuxular məhz səsli ipucu verilən tapmacalara daha çox işarə edib./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!