Almaniyada parkda ağlayan qadına 25 avro cərimə kəsilib.
“Yeni Sabah” xəbər verir ki, hadisə Gelsenkirchen şəhərində baş verib. 31 yaşlı Hana adlı qadın şəxsi problemlərinə görə uşaqlar üçün nəzərdə tutulan parkda skamyada oturaraq ağlayıb.
Bu zaman bələdiyyə əməkdaşları ona yaxınlaşaraq parkda uşaqlar olmadan oturmağın qadağan olduğunu bildiriblər. Qadına 25 avro cərimə yazılıb. Online alış-veriş
Hana qaydadan xəbərsiz olduğunu və əməkdaşların ona xəbərdarlıq etməsinin kifayət edəcəyini deyib.
Bələdiyyə isə cərimənin qüvvədə olan qaydalara uyğun tətbiq edildiyini bildirib.
Aydan Hacı
Telegram kanalımız