Rusiyalı şoumen Maksim Qalkin və həyat yoldaşı, Rusiyanın Xalq artisti Alla Puqaçova Latviyaya yollanıblar.
''Yeni Sabah'' xəbər verir ki, cütlük Yurmala şəhərində keçirilən “Laima Rendezvous Jūrmala 2026” beynəlxalq musiqi festivalına qatılıblar.
Cütlük əvvəlcə şəhər gəzintisində obyektivlərə tuş gəliblər. Onlar daha sonra festivalın açılış günü qırmızı xalıda görüntülənib. Tədbirə əl-ələ gələn Alla və Maksim fotoqrafların obyektivinə pozalar veriblər və festival qonaqlarının diqqət mərkəzində olublar. Sezar pizza
Qeyd edək ki, Alla Puqaçova və Maksim Qalkin uzun illərdir müğənni Layma Vaykule ilə yaxın dostluq münasibətləri saxlayırlar və ənənəvi olaraq hər il keçirilən “Laima Rendezvous” festivalının fəxri qonaqları sırasında yer alırlar.
Telegram kanalımız