Tacir Şahmalıoğlu xəstə olduğu vaxt çəkilən və sonradan sosial şəbəkələrdə yayılan fotolarının paylaşılmasına qarşı çıxıb.
“Yeni Sabah” xəbər verir ki, müğənni həmin görüntülərin silinməsini istəyib.
O bildirib ki, şəkillər əvvəlki dövrə aiddir və səhhətindəki problem səbəbindən həmin vaxt xeyli arıqlayıb, hazırda isə özünü daha yaxşı hiss edir. Sezar pizza
Müğənni bəzi istifadəçilərin onun fotolarının altına başsağlığı məzmunlu şərhlər yazmasına da etiraz edib. Tacir Şahmalıoğlu bu cür paylaşımların insanlarda yanlış fikir yaratdığını vurğulayıb və köhnə görüntülərin təkrar yayılmamasını xahiş edib.
Sənətçi indiki vəziyyətini əks etdirən görüntülərin də olduğunu bildirərək insanları onun səhhəti ilə bağlı həqiqətə uyğun olmayan qənaətlərə gəlməməyə çağırıb.
Telegram kanalımız