“Allah sənə ağıl versin, Allah kəssin belə qorumağı...“ - Video

saytların hazırlanması

Evə çatdırılma

“Allah sənə ağıl versin, Allah kəssin belə qorumağı...“ - Video

Şou

18 Fevral 2022 15:50 1394


Teleaparıcı Xoşqədəm Hidayətqızı atasının ər evinə geri qaytardığı qızın valideynini efirdə tənqid atəşinə tutub.

Yenisabah.az xəbər verir ki, ər evində mütəmadi döyülən gənc qız ata evindən geri qayıdıb. Yenidən eyni münasibətlə üzləşən qız sonda özünü yandırıb.

Onun görüntülərini yayımlayan aparıcı valideynlərə səslənib: pizza hut

“Allah sənə ağıl versin. Gül kimi qızını nə günə qoydun? Şikəst etdin o qızı. Bəsdir də! Ailə qoruyursunuz siz? Allah kəssin belə qorumağı ki, başqa qadınların gözü önündə qızını alçaldacaq, döyəcək, sən də "ailəndir, sus, döz" deyəcəksən!

Deyəcəksiniz indi mən bir atanı qarşıma qoyub danlayıram. Mən qızlarını alçaldan kişilərin yanına təkrar göndərən ata-anaları danlayıram. Qızınızın qiymətini bilin. O qızı dünyaya gətirmək üçün 9 ay zəhmət çəkmisiniz, min bir əziyyətlə böyütmüsünüz, sonra da onları alçaldan kişilərin yanına göndərirsiniz. Axırda da belə olur, biri intihar edir, özünü yandırır. Budurmu sizin valideynliyiniz?! Allah kəssin belə valideyn olmağı”.

Həmin görüntüləri təqdim edirik:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!