Rusiyanın Ukraynaya genişmiqyaslı hərbi müdaxiləsi fonunda Almaniya hökuməti Rusiyadan enerji təchizatından asılılığını azaltmaq səylərini tamamlayaraq, bu ölkədən mayeləşdirilmiş təbii qazı (LNG) idxalını məhdudlaşdırmaq niyyətindədir.
Yenisabah.az “Bloomberg” istinadla xəbər verir ki, bu barədə Almaniya energetika nazirinin müavini Patrik Qreyxenin məktubunda deyilir.
“Federal hökumət Rusiyadan LNG-nin alınmasını dəstəkləmir. Federal hökumət şirkətləri məlumatlandırıb ki, mümkün olduğu təqdirdə Rusiya LNG-sinin alınmasını istisna etmək üçün müvafiq tədbirlər görəcək”, – deyə Qreyxen qeyd edib. Dominos pizza
Fransa, Belçika, Hollandiya və İspaniya kimi ölkələr hələ də Rusiya LNG-sinin daşınmasını qəbul edir ki, bu da hazırda qitənin qaz idxalının təxminən 6%-ini təşkil edir.
Qreyxen yazır ki, Almaniya hökuməti Rusiya LNG-sinin qonşu ölkələrin idxal terminallarına çatdığını bilir:
“Ancaq indi onun nə qədərinin saxlandığını təxmin etmək olduqca çətindir”.
Sənədə əsasən, gələcəkdə şirkətlər təbii qaz alışı həcminin beş teravatt-saatını keçərsə, onların mənşəyi barədə Komissiyaya məlumat verməyə borclu olacaqlar.
Telegram kanalımız