Almaniya Ukrayna üçün artilleriya mərmiləri alacaq 

saytların hazırlanması

Evə çatdırılma

Almaniya Ukrayna üçün artilleriya mərmiləri alacaq 

Dünya

26 İyun 2023 19:58 677


Almaniya hökuməti uzunmüddətli perspektivdə Ukraynanı artilleriya qurğuları üçün sursatla təmin etmək istəyir. 

Yenisabah.az bu barədə "Der Spiegel"ə istinadən xəbər verir. 

Məlumata görə, Berlin 20.000 mərminin alınmasını maliyyələşdirəcək.  Dominos pizza

Nəşr qeyd edir ki, Almaniyanın müdafiə naziri Boris Pistorius orduda sursat çatışmazlığını aradan qaldırmaq istəyir. Mərmilərin bir hissəsinin Ukraynaya verilməsi planlaşdırılır. 

Ötən həftənin sonunda Müdafiə Nazirliyi "Rheinmetall" müdafiə şirkəti ilə imzalanan müvafiq çərçivə sazişini parlamentin büdcə komitəsinə təqdim edib. 

Müqavilə çərçivəsində 2029-cu ilə kimu 333 000-ə qədər 155 mm-lik mərmilərin tədarükü planlaşdırılır. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!