“Almaniya Slovakiyada Ukraynaya tədarük edilən və rus işğalçılarına qarşı mübarizədə istifadə olunan silahların təmiri üçün mərkəz yaradacaq”.
Yenisabah.az “Ukrinform”a istinadla xəbər verir ki, bu barədə Almaniyanın müdafiə naziri Kristina Lambrext məlumat verib.
Alman nazirin sözlərinə görə, əsas diqqət alman Pzh 2000 haubitsalarına veriləcək. Toyuqlu pizza
“Biz razılığa gəldik və dərhal işə başlaya bilərik ki, çatdırılan bütün texnika döyüşdən çıxandan sonra təmir olunsun”, – deyib.
Qeyd edək ki, mərkəz təkcə silah təmiri deyil, eləcə də yeni silahların göndərilməsini də təmin edəcək.
O, həmçinin əlavə edib ki, Almaniya Aİ-nin təlim missiyası çərçivəsində beş minə yaxın ukraynalı əsgərə təlim keçməyi planlaşdırır.
Telegram kanalımız