Almaniyada iğtişaşlar - 22 polis yaralandı

saytların hazırlanması

Evə çatdırılma

Almaniyada iğtişaşlar - 22 polis yaralandı

Dünya

09 İyul 2023 08:00 1080


Almaniyanın Gissen şəhərində keçirilən “Eritreya festivalı” zamanı iğtişaşlar baş verib.

Yenisabah.az xəbər verir ki, bu barədə "Tagesschau" nəşri yazıb.

İğtişaşlar zamanı 22 polis əməkdaşı yaralanıb. pizza hut

Təxminən 250 nəfərin iştirakı ilə ilk nümayiş iyulun 7-də axşam saatlarında baş tutub, bir nəfər zorakılığa təhrik etdiyinə görə saxlanılıb. Bu gün günortadan sonra şəhərin mərkəzində festivala qarşı mitinq başlayıb.

Polis iğtişaşları yatırmaq üçün gözyaşardıcı qaz və su şırnaqlarından istifadə edib, asayiş keşikçilərinə daş, tüstü bombası və butulkalar atılıb.

Nəticədə 200-ə yaxın adam qısa müddətə saxlanılıb, azı 60 nəfər nəzarətə götürülüb. İyulun 9-da tədbirdə 2,5 minədək insanın iştirak edəcəyi gözlənilir. 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!