Berlinli rəssam Saymon Vekkert Digital Camouflage adlı layihəsini təqdim edib.
“Yeni Sabah” xəbər verir ki, bu, kompüter görmə sistemlərinin insanı tanımasını çətinləşdirmək üçün xüsusi naxışlarla hazırlanmış parlaq, havai köynəkdir.
İnsan gözü üçün bu, sadəcə rəngarəng bir geyimdir. Lakin YOLO kimi alqoritmlər insanı müəyyən etmək üçün başın, çiyinlərin konturlarına, bədən nisbətlərinə və digər vizual xüsusiyyətlərə diqqət yetirir. Vekkertin hazırladığı naxış isə bu şablonları qəsdən pozur. Nəticədə bəzi sınaqlarda sistem qarşısındakı şəxsi insan kimi tanımır. Marqarita pizza
Rəssam özü də iddia etmir ki, bu köynək sahibini bütün kameralardan görünməz edir. Daha çox məqsəd süni intellektə əsaslanan müşahidə sistemlərinin zəif tərəflərini nümayiş etdirməkdir.
Telegram kanalımız