Almaniyanın yeni müdafiə naziri and içdi

saytların hazırlanması

Evə çatdırılma

Almaniyanın yeni müdafiə naziri and içdi

Dünya

19 Yanvar 2023 16:54 508


Almaniya Müdafiə Nazirliyinin yeni rəhbəri Boris Pistorius Bundestaqda and içərək vəzifəsinin icrasına başlayıb. 

Yenisabah.az “Spiegel”ə istinadla xəbər verir ki, bu barədə Bundestaqın rəsmi saytında dərc olunub. 

Bundan əvvəl Pistorius ölkə prezidentindən təyinat şəhadətnaməsi alıb.  Marqarita pizza

O, parlamentdə bu sözləri deyib: 

“And içirəm ki, gücümü alman xalqının yaxşılığına, faydaları artırmağa və zərərin qarşısını almağa, Əsas Qanunu və (digər) qanunları müdafiə etməyə sərf edəcəyəm!”. 

Andiçmə mərasimi hərbi idarənin saytında yayımlanıb. 

Xatırladaq ki, bazar ertəsi Almaniyanın keçmiş müdafiə naziri Kristina Lambrext işdən çıxarılması üçün ərizə təqdim etdiyini açıqlamışdı. 

O, qərarını alman mediasının aylarca davam edən sıx diqqəti ilə izah edib ki, bu da onun vəzifələrini yerinə yetirməsinə mane olub. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!