Altayda zəlzələ: Yüksək hazırlıq rejimi tətbiq olundu

saytların hazırlanması

Evə çatdırılma

Altayda zəlzələ: Yüksək hazırlıq rejimi tətbiq olundu

Dünya

15 Fevral 2025 10:00 253


Rusiyanın Altay Respublikasında Şənbə günü baş vermiş zəlzələ ilə əlaqədar yüksək hazırlıq rejimi tətbiq edilib.

Yenisabah.az xəbər verir ki, bu barədə öz "Telegram" kanalında bölgə rəhbəri Andrey Turçak məlumat yayıb.

Qoş-Ağaç və Ulaqanski rayonlarında bu gün məktəblərdə dərslər və kütləvi tədbirlər ləğv edilib. Dörd kənddə su təchizatında problemlər yarana bilər. Rayon rəhbəri quyularda tədqiqatlar aparacağını, lazım gələrsə, içməli suyun verilməsini təşkil edəcəyini vəd edib.

Bir sıra rayonlarda dağıntılar qeydə alınıb. Lakin tələfat yoxdur.

Yeraltı təkanların gücü 6,4 bal olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!