AMB-nin hədəfinə gələn şirkət Daxili Qoşunlara mal satır

saytların hazırlanması

Evə çatdırılma

AMB-nin hədəfinə gələn şirkət Daxili Qoşunlara mal satır

İqtisadiyyat

23 Sentyabr 2026 09:08 204


Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsi tibbi avadanlıqların satın alınmasını həyata keçirir.

“Yeni Sabah” xəbər verir ki, ”Arash Medical Company” Qapalı Səhmdar Cəmiyyəti (QSC) ilə tərəflər arasında ümumi dəyəri 101 623.57 manat olan müqavilə imzalanıb. bağlaması nəzərdə tutulur.

Qeyd edək ki, müqavilə imzalanan şirkət bir neçə il əvvəl valyuta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilib. Belə ki, Mərkəzi Bank şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə protokol tərtib edib. Bu maddə xaricə avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən olunmuş müddətdə malların idxal edilməməsi, xidmətlərin göstərilməməsi və ya həmin vəsaitin geri qaytarılmamasına görə hüquqi şəxslərin valyuta məbləğinin 20 faizindən 30 faizinədək cərimələnməsini nəzərdə tutur. pizza

Cəlalə Cəlalqızı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!