Qara dəniz üzərində Rusiyanın iki "Su-27" təyyarəsi ABŞ-ın "MQ-9" PUA-sını “təhlükəli və qeyri-peşəkar” ələ keçirib.
Yenisabah.az VOA-ya istinadla xəbər verir ki, bunu ABŞ Hərbi Hava Qüvvələrinin Avropadakı komandanı, Hərbi Hava Qüvvələrinin generalı Ceyms B. Hekker deyib.
"Su-27" təyyarələrindən biri "MQ-9" PUA-nın pərvanəsinə çırpılıb, nəticədə o, beynəlxalq sularda batırıb. pizza
Hekker bildirib: “MQ-9" beynəlxalq hava məkanında normal fəaliyyət göstərirdi və o, Rusiya təyyarəsi tərəfindən tutulduqda zədələnib, nəticədə qəza baş verib”
"ABŞ və müttəfiqlərinin təyyarələri beynəlxalq hava məkanında fəaliyyətini davam etdirəcək və biz Rusiya ordusunu peşəkar və təhlükəsiz davranmağa çağırırıq. Rusiya ekipajlarının bu təcavüzkar hərəkətləri təhlükəlidir və səhv hesablamalara və gözlənilməz eskalasiyaya səbəb ola bilər", - deyə general əlavə edib.
Telegram kanalımız