Amerikalı təlimatçılar Azərbaycanın Milli Müdafiə Universitetində məşğələlər keçəcək

saytların hazırlanması

Evə çatdırılma

Amerikalı təlimatçılar Azərbaycanın Milli Müdafiə Universitetində məşğələlər keçəcək

Siyasət

25 Avqust 2026 18:54 68


Milli Müdafiə Universitetinin (MMU) tabeliyində fəaliyyət göstərən Hərbi İdarəetmə İnstitutunun (Hİİ) Xarici Dil Mərkəzində Amerika Birləşmiş Ştatlarının (ABŞ) Müdafiə Dil İnstitutu (DLI) təlimatçılarının iştirakı ilə təşkil olunan ingilis dili kursunun açılış mərasimi keçirilib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, 4 ay davam edəcək kurs müddətində ABŞ-nin Müdafiə Dil İnstitutunun təlimatçıları tərəfindən iştirakçıların xarici dil üzrə bilik və bacarıqlarının inkişaf etdirilməsi, onların dinləmə, oxu, yazı və danışıq qabiliyyətlərinin təkmilləşdirilməsi istiqamətində müvafiq məşğələlər keçiriləcək. Sonra kursun təşkili və tədris prosesi ilə bağlı iştirakçılara ətraflı məlumat verilib. pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!