Amerikalı ulduz səhnəyə azərbaycanlı modelyerin paltarında çıxdı

saytların hazırlanması

Evə çatdırılma

Amerikalı ulduz səhnəyə azərbaycanlı modelyerin paltarında çıxdı

Şou

12 Fevral 2019 03:50 1406


Amerikalı müğənni, prodüser, aktrisa, rəqqasə və model Aşanti Duqlas "Qremmi-2019"un mükafatlandırma mərasiminin qırmızı xalısına azərbaycanlı dizayner Rüfət İsmayılovun hazırladığı geyimdə çıxıb.

Müğənni həmin mərasimdən çəkilmiş fotolarını Instagram sosial şəbəkəsindəki səhifəsində yayıb. Duqlas gecəyə iri yarığı olan uzun ziyafət paltarında qatılıb. Onun geyimi KİV nümayəndələri və həmkarları arasında böyük maraq doğurub.

Aşanti Duqlas debüt albomu olan "Ashanti"yə görə “Qremmi”yə layiq görülüb. Bu albom çıxdığı ilk həftədə yarım milyon tirajla satılıb və "Nielsen SoundScan" şirkətinin məlumatına görə, müğənni üçün rekord olub. pizza hut

Rüfət İsmayıl "Affair" brendinin yaradıcısıdr. Onun nümayişləri Milan, Florensiya, Tehran və digər şəhərlərdə baş tutub. O, hazırladığı geyimlərə görə "Türkiyənin ən yaxşı dizayneri" adına layiq görülüb.

İsmayılın kolleksiyası, həmçinin Məkkədə dünyanın ən məşhur moda sənayesi öncülü olan "Pitti Uomo"da nümayiş etdirilib. "Fashion TV" kanalı onu 2018-ci ildə Avropanın ən yaxşı dizayneri adlandırıb. Onun hazırladığı geyimləri Beyons, Cenifer Lopes, Avril Lavin və digər dünya ulduzları geyinirlər.

Rüfət İsmayıl bu yaxınlarda Azərbaycanı Nyu-Yorkda keçirilən moda həftəsində uğurla təmsil edib. O, hal-hazırda Azərbaycanın xalq artisti Aygün Kazımovanın da dizayneridir.

Sputnik.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!