Son günlər ABŞ-da havada uçan yad cismin vurulmasından sonra insanlar arasında UNO-ların (Uçan Naməlum Obyektlər) mövcudluğu ilə bağlı suallar yenidən yaranıb.
UNO-lar deyiləndə isə ağıla gələn tək məkan ABŞ-ın Nevada ştatında yerləşən “Area-51” – “51-ci zona”dır.
Yenisabah.az məşhur ərazi ilə bağlı qısa bir araşdırma aparıb. pizza sifarişi
“51-ci zona” – ABŞ-ın dünyanın heç bir xəritəsində qeydə alınmayan məxfi hərbi bazası belə adlanır. Bu hərbi zonaya, hətta ABŞ prezidentləri də xüsusi icazə ilə girib-çıxa bilir.
Bir çox ufoloq və alimlərin fikrincə, burada naməlum uçan obyektlərin qalıqları və yadplanetlilərin bədənləri saxlanılır. Bundan başqa, sözügedən bazada yadplanetlilərin texnologiyalarından istifadə edilməklə supermüasir uçuş aparatlarının və silahların tədqiqi və sınağı aparılır. Nevada ştatındakı səhralıqda yerləşən bu hərbi baza ABŞ hökumətinin ən böyük sirridir.
“51-ci zona”ya aparan yolda həmişə sakitlikdir. 100 kilometrdən çox məsafədə heç bir şəhərə, yaşayış məntəqəsinə, hər hansı bir işarəyə rast gəlmək olmur. Yalnız bazanın yaxınlığına çatanda çağırılmamış qonaqları bu əraziyə daxil olmaqdan çəkindirən nəhəng xəbərdarlıq lövhələrini (qadağan olunmuş zona) müşahidə etmək olar.
“51-ci zona”ya gözdən-könüldən uzaq daxil olmaq praktiki cəhətdən mümkün deyil. Çünki zonanın ətrafında gizli kameralar, yaxınlaşan kimi istiliyi təyin edən cihazlar, hərəkət detektorları quraşdırılıb. Gecələr ərazini heç bir tanınma nişanı olmayan qara rəngli vertolyotlar qoruyur.
Ufoloqlara məlum olub ki, məxfi bazanın əsas binası 14 yeraltı mərtəbədən ibarətdir. Lakin yerin altındakı bu mərtəbələrdə hansı işlərin görülməsini yalnız ehtimal etmək olar.
Tədqiqatçıların fikrincə, ABŞ Hərbi Hava Qüvvələrinin poliqonları ilə yanaşı burada Naməlum Uçan Obyektlərin texnologiyalarından istifadə olunmaqla yeni tip uçuş aparatlarının hazırlanması üzrə tam məxfi yeraltı bazalar yerləşir. Bu sözlər nə qədər fantastik görünsə də, “51-ci zona”da qəribə uçan obyektlərin manevr etməsini müşahidə edən çoxlu sayda şahidlər var...
“51-ci zona” 1955-ci ildə yaradılıb. “Lokxid” aviakonserni bu yeri özünün əfsanəvi U-2 təyyarəsinin sınaqdan keçirilməsi üçün seçibmiş. Adıçəkilən ərazi bu cür işlər üçün əlverişliydi – 1500 metr hündürlüyündə cansız landşaft, yüksək dağlarla ətraf aləmdən təcrid olunan qurumuş gölün 5 kilometr uzunluğunda tamamilə hamar yatağı... Həmin bölgədə nüvə sınaqlarının aparılması adıyla “51-ci zona”da mülki təyyarələrin uçuşu qadağan edilib. “51-ci zona”da yerli əhalinin tamamilə mövcud olmaması üzündən sirlərin saxlanması üçün bura ideal ərazidir.
Telegram kanalımız