Ana ölümləri ilə bağlı komissiya yaradıldı

saytların hazırlanması

Evə çatdırılma

Ana ölümləri ilə bağlı komissiya yaradıldı

Sosial

08 İyul 2023 15:11 1008


“Bütün ana ölümləri Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) aidiyyəti komissiyası tərəfindən araşdırılır və nəticəyə əsasən müvafiq tədbirlər görülür”.

Bunu Oxu.Az-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildiriblər.

Qeyd edilib ki, TƏBİB-in icraçı direktoru Vüqar Qurbanovun müvafiq əmrinə əsasən, hazırda birliyin tabeliyindəki perinatal mərkəzlərin dəyərləndirilməsi aidiyyəti üzrə komissiya tərəfindən həyata keçirilir: Sezar pizza

“Artıq Quba və Şəki Perinatal mərkəzlərində komissiya təşkil olunub, tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində təkliflər verilib. Komissiya tərəfindən digər perinatal mərkəzlərin də dəyərləndirilməsi qısa müddətdə həyata keçiriləcək”.

Qeyd edək ki, ötən ilin yanvar ayından fəaliyyətə başlayan Lənkəran Perinatal Mərkəzində dünən üçüncü ana ölümü baş verib. 

Baş Prokurorluğun Mətbuat Xidmətindən və TƏBİB-dən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!