16 Avqust - 04:18
“Anadan mərdimazar doğulublar, pislik onların qanındadır”  - Rasim Balayev

“Anadan mərdimazar doğulublar, pislik onların qanındadır” - Rasim Balayev

Mədəniyyət

24 İyun 2022 09:53 19859


Yaxın vaxtlarda Laçın dəhlizinə alternativ yolun çəkilməsi ilə bağlı müddət bitəcək və Laçın rayonunun mərkəzinə nəzarət Azərbaycan tərəfinə keçəcək. Ermənilər isə bunu həzm edə bilmir. Ona görə öz “ənənəvi” üsullarına əl atır, evləri yandırır, ağacları kəsir və digər vandallıqlar törədirlər. 

Mövzu ilə bağlı Yenisabah.az-a danışan Xalq artisti Rasim Balayev deyib ki, ermənilər əvvəllər də belə hadisələr törədib və hər zaman cavabları verilib, təxribatların qarşısı alınıb:

“Bu millət belədir, onları xislətindən döndərmək mümkün deyil. Vaxtilə bizi onlarla cəzalandırıblar. Torpaqlarımızı onlara verərək Ermənistan Respublikası yaradıblar, hansı ki, onların heç vaxt öz ölkələri olmayıb. Bunu Azərbaycanı əldə saxlamaq üçün ediblər, çünki ermənilərin xasiyyətini yaxşı biliblər. Ruslar bilirdi ki, ermənilər elə millətdir ki, bir müddət başqasının torpağında yaşayandan sonra çıxıb deyəcəklər ki, “buralar bizim olub”. Məhz ruslar bunu bildikləri üçün erməniləri torpaqlarımıza gətiriblər. Ermənilər heç vaxt dəyişməyəcək, hər zaman bu cür qalacaqlar. Bizim Ali Baş Komandamız bu məxluqları torpaqlarımızdan qovurdu, sadəcə ruslar imkan vermədi. Axırda bir əngələ saldılar, yoxsa 1-2 gün vaxtımız olsaydı onları qovub, sərhədləri bağlamaq olardı. Ruslar qoymadı. İndi nə qədər ki, torpaqlarımızda erməni var, biz əziyyət çəkəcəyik. Çünki onlar anadan bu cür doğulublar, mərdiməzarlıq, pislik onların qanındadır”.

Aktyor bundan sonra sülh müqaviləsi imzalansa da ermənilərlə eyni yerdə qala biləcəyimizi düşünmədiyini deyib:

“Bütün bu vandallıqlar rus sülhməramlılarının gözü önündə baş verir. Heç nə də etmirlər. Bəs nə oldu?! Hər şey gün kimi aydındır. Görmürsünüz, Ukrayna kimi böyük bir dövləti bütün dünyanın gözü qarşısında yerlə-yeksan edirlrər? Ruslara deməyə söz belə tapmıram. İndi nə qədər ki, ermənilər var, onların xislətini də dəyişmək mümkün deyil. Bu qədər hadisədən sonra  düşünmürəm ki, onlar yenə gəlib bizimlə yaşaya bilsinlər. Çünki onlar o qədər alçaqlıqlar ediblər ki, bundan sonra birgəyaşayış çətin olar”.

Əsmətxanım RZAZADƏ 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!