Vidadi Həsənov aparıcının faciəli ölümündən danışdı

saytların hazırlanması

Evə çatdırılma

Vidadi Həsənov aparıcının faciəli ölümündən danışdı

Mədəniyyət

24 Noyabr 2026 09:52 136


Bakıda ağır qəzada həlak olan tanınmış aparıcı Ada Süleymanın doğum günündə iştirak edən Xalq artisti, aktyor Vidadi Həsənov aparıcının ölümündən danışıb.

“Yeni Sabah” Showmedia.az-a istinadən xəbər verir ki, aktyor baş verən hadisədən dərin sarsıntı keçirdiyini bildirib.

O, hadisənin təsirindən hələ də çıxa bilmədiyini və yaşananları anlamaqda çətinlik çəkdiyini vurğulayıb. Vidadi Həsənov hadisə zamanı məclisdə olduğunu qeyd edərək hazırda danışmaq üçün özündə güc tapmadığını deyib: Məişət texnikası

"Dünən mən də məclisdə idim. Hələ də anlaya bilmirəm. Hadisəni dərk etmək çətindir. Bu hadisəni dərk etmək və yasımızı yaşamaq istəyirəm. Bir neçə gün sonra danışa biləcəyəm".

Qeyd edək ki, Ada Süleyman sosial şəbəkə hesabında Xalq artisti, aktyor Vidadi Həsənovla birgə həyata keçirdikləri layihələrə dair videogörüntülər də paylaşmışdı.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!