“Anam məktəb direktoru idi, amma dərsə buraxılmadım”

saytların hazırlanması

Evə çatdırılma

“Anam məktəb direktoru idi, amma dərsə buraxılmadım”

Şou

13 Oktyabr 2026 02:01 112


Model Günay Musayeva sosial şəbəkədə məktəb qaydaları ilə bağlı fikirlərini bölüşüb.

"Yeni Sabah" xəbər verir ki, o, 9-cu sinifdə oxuyarkən saçlarını sarı rəngə boyadığı üçün məktəbə buraxılmadığını bildirib. Model həmin vaxt məktəbin direktorunun öz anası olduğunu qeyd edib:

“9-cu sinifdə oxuyarkən saçlarımı sarı rəngə boyadığım üçün məktəbə buraxılmamışdım. Məktəbin direktoru isə öz anam idi. Həmin gün saçlarımı əvvəlki rənginə qaytardım və təhsilimə davam etdim. pizza

11 il mayın, sentyabrın istisində belə, məktəbli formasına riayət etdik. Axı bu qaydalar dünən yaranmayıb. Bəs niyə bu gün problemə çevrilib?

Biz Oğuz türküyük, zəngin tariximiz, mədəniyyətimiz və milli kimliyimiz var. Bunları qorumaqla yanaşı, fərqli düşüncələrə hörmət etməyi də bacarmalıyıq.

Əziz valideynlər, övladlarınıza öz dünyagörüşünüzü məcburən qəbul etdirməyin. Onlara düşünməyi, öyrənməyi və şüurlu seçim etməyi öyrədin.

Unutmayaq: təhsilin məqsədi itaətkar nəsil deyil, savadlı, azad düşüncəli və məsuliyyətli insanlar yetişdirməkdir”./Axşam.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!