“Ananın verdiyi böyrək də xarab oldu” - 8 ay əvvəl demişdi -   VİDEO

saytların hazırlanması

Evə çatdırılma

“Ananın verdiyi böyrək də xarab oldu” - 8 ay əvvəl demişdi - VİDEO

Şou

02 Yanvar 2025 22:57 1596


“Bozbash pictures”də “Ağsaqqal” obrazı ilə tanınan Azər Baxşəliyevin aylar öncə qonaq olduğu “Qapqara” verilişindəki çıxışı gündəm olub.

Yenisabah.az xəbər verir ki, o, xəstəliyindən danışarkən bildirmişdi:

“Böyrəklərimin hər ikisi sıradan çıxmışdı. Anam böyrəyinin birini mənə verdi. Hər kəsi anası bir dəfə dünyaya gətirir, məni isə anam ikinci dəfə... Bunun üstündən 4 il keçib. Amma bu gün də eyni xəstəliklə üzləşdim. Yaxın zamanlarda əməliyyata gedəcəm. Donor tapılsa, ikinci dəfə böyrək köçürüləcək. Bacardığım qədər biruzə vermirəm, amma istənilən halda bu bəlli olur. pizza

Bəzən düşünürəm ki, ananın verdiyi böyrək də xarab oldu. Heç nədən anamdan böyrək götürdüm. Amma qismət budur. Heç vaxt neqativ düşünmürəm. Ən azından bu xəstəliyin bir çıxış yolu var. İşimlə xəstəliyimi qarışdırmıram. Mənəvi olaraq çox çətin olsa da, gün ərzində xəstəliyim heç yadıma düşmür”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!