Anar Mədətovun qızı da atasının soyadından imtina etdi
23 May 2019 08:33
375

Anar Mədətovun qızı da atasının soyadından imtina etdi

Məşhur prodüser Anar Mədətovun qızı Ayşə də atasının soyadından imtina edib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə "Qarabağ”ın futbolçusu Mahir Emreli sosial şəbəkə hesabında məlumat verib. Bacısını doğum günü münasibəti ilə təbrik edən futbolçu onu Emreli kimi qeyd edib. Ayşə Mədətov soyadından imtina edərək, sosial media hesabında adını "Emreli ” ilə dəyişib.

Qeyd edək ki, prodüserin övladlarının atalarının soyadlarını dəyişməsinə səbəb Anar Mədətovun 22 illik həyat yoldaşı Elnurə Mədətovadan ayrılması və Samirə adlı vizajistlə ailə qurmaq istəməsidir.

Oxşar xəbərlər