Son zamanlar şou-biznesində qadın müğənnilərin, xüsusilə də gənclərin məmurlar, iş adamları ilə münasibətləri istiqamətində müxtəlif yazılar dərc olunur. Məsələn, ötən gün müğənni Damlaya maddi dəstək verən şəxslə bağlı məlumatlar yayıldı. Bu baxımdan cəmiyyətdə müğənnilərin sponsorları ilə bağlı birmənalı fikirlər var.
Mövzuya münasibət bildirən tanınmış prodüser Sayqa Cahid “Yeni Sabah”a açıqlamasında deyib ki, indi heç kimdə abır-həya qalmayıb:
“Heç zaman şou-biznesdə kiminsə şəxsi həyatına qarışmamışam, ya da irad bildirməmişəm. İşim həmişə yaradıcılıq, layihələr, hansısa səhnə mədəniyyəti ilə əlaqədar olub. Kim kiminlə cütləşir, kim kimdən ayrılır - bundan mənə nə? Öz layihələrimdə işlədiyim müğənnilərin şəxsi həyatı mənə maraqlı olmur, o ki qaldı başqası. Qəribədir ki, heç kimdə əvvəlki abır-həya qalmayıb. Bunun artıq nə müğənniyə, nə jurnalistə, nə də həkimə aidiyyatı yoxdur. Əvvəllər “mənim evim - mənim şəxsi həyatım, qalamdır” kimi ifadə var idi. O qala indi açıq-saçıq parka çevrilib”. Sezar pizza
S.Cahid şou-biznesdəki sponsorlardan da söz açıb:
“Əvvəllər müğənnilərə şirkətlər sponsorluq edirdi. Sonradan bu, şəxsiyyətə çevrildi. Son bir neçə ildir , yeni dəb yaranıb – “Mənə kömək edən əmim oğludur, dayım oğludur”. Zalım balasının, neçə əmisi, dayısı oğlu var, bəlli deyil. Hazırda isə “Varımdır, eləyirəm, sənə nə!” dəbdədir. Ona görə deyirəm ki, indi həyasızlıq baş alıb gedir. Əşi, varındır elə, yoxundur eləmə - bundan mənə nə? Sadəcə olaraq yeni gələn nəsil üçün saytları, xüsusilə sosial şəbəkələri günahlandırıram. Çünki onlar daha çox açıq-saçıqlığın yaranmasına səbəb olur. “Kimin yatağından kim çıxdı”nı bu şəbəkələr verir. Kimsə fenomen ola bilər, bundan pul qazana bilər. Əleyhinə deyiləm. Amma fikirləşin ki, fenomeni nəyə görə hansısa qazinin ailəsindəki uşaqdan etmirik? Hansısa kişifason qadından edirik. İndi “Mehin”lərin dalınca düşüblər. Mən instaqramda canlı yayım açsam, 10 nəfər ancaq olar. Lakin bu insanların canlı yayımına 10 dəqiqə ərzində 5 minə yaxın adam yığılır. Çünki insanlar düşünmək istəmir, özlərini çətinliyə salmırlar. Sosial şəbəkələrdə olan insanlar robotlaşıblar, keyləşiblər. Ancaq pozğun, çılpaq şeylər olsun. Kiminsə 50 dəfə əməliyyat olunmuş, tikilmiş, biçilmiş, sökülərək təzdən bir də yığılan bədəninə baxmaq onlar üçün daha maraqlıdır, nəinki, Baba Vəziroğlunun, Eldar Mansurovun ağlabatan fikrini dinləmək”.
Prodüser düşünür ki, hazırda cahillik baş alıb gedir:
“Hələ yazıq müğənnilər üzdə görünənlərdir. Dünən Damlanın hansısa məmurla münasibəti haqqında oxudum. Əşi bu Damladır.. Siz görəsiniz, adi həyatda olanlar nə fəğan qoparır. Ərinin yatağından durub başqasının yanına gedirlər. Sadəcə biz bədbəxtlər, biz yazıqlar, efirdə , gündəmdə olan insanlarıq deyə gözə giririk. Gözə girməyənlər nə qədərdir? Ona görə də Zaur, Xoşqədəm zülm çəkir. Verilişlərə baxmağa vaxtım olmasa da, çalışıram arada izləyim. Xoşqədəmin verilişində divan boyunca neçə kişi yığılmışdı ki, hamısının arvadları qaçıb. Problem budur. Yoxsa kim kimlə yaşayır və.s. Vallah boş şeydir”.
Günay Rəsulqızı
Telegram kanalımız