İsveç diplomatları Ankarada İsveç və Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı Türkiyənin tələblərini müzakirə edəcəklər.
Yenisabah.az "Reuters"ə istinadla xəbər verir ki, bunu İsveçin baş naziri Maqdalena Andersson deyib.
O bildirib: "Təbii ki, biz siyahını nəzərdən keçirəcəyik və onu müzakirə edəcək, həmçinin, media hesabatlarında və digər bəyanatlarda aydın olmayan bir sıra məqamlarla məşğul olacağıq.
Aydındır ki, söhbət, məsələn, maliyyə yardımımızı hara göndərdiyimizdən və silah satdığımızdan gedir. Biz terror təşkilatlarına pul və silah göndərmirik”.
Telegram kanalımız