Andrey Şevçenko Ukrayna millisi ilə yeni müqavilə imzaladı
05 İyn 2020 23:07
293

Andrey Şevçenko Ukrayna millisi ilə yeni müqavilə imzaladı

Ukrayna millisinin baş məşqçisi Andrey Şevçenko komandanı çalışdırmaqda davam edəcək.

Yenisabah.az xəbər verir ki, gənc mütəxəssislə müqavilə müddəti təzələnib.

43 yaşlı çalışdırıcı Ukrayna Futbol Assosiasiyası ilə yeni 2,5 illik sazişə qol çəkib. Rəsmi sözləşmə və təqdimat iyunun 7-də Lvov şəhərində baş tutacaq assosiasiyanın Konqressində imzalanacaq. Bu isə o deməkdir ki, Şevçenko 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının sonuna qədər millinin sükanı arxasında olacaq.

Qeyd edək ki, Andrey Şevçenko 2016-cı ildən Ukrayna yığmasını çalışdırır.   /Apasport

Oxşar xəbərlər