Almaniya kansleri Angela Merkel Ermənistanın baş naziri Nikol Paşinyanla görüşdən sonra mətbuata açıqlama verib.
“Yeni Sabah” xəbər verir ki, Merkel iki ölkə - Almaniya və Ermənistan arasında münasibətlərin inkişaf etdiyini və Ermənistanın iqtisadi baxımdan dirçəlməsi üçün dəstək veriləcəyini deyib. O, həmçinin Ermənistanda korrupsiyaya qarşı mübazəyə də dəstək veriləcəyini bildirib.
A. Merkel Qarabağ münaqişəsi haqda da danışıb. Minsk Qrupunun fəaliyyətinin davam etdirilməsini vacib sayan Almaniya kansleri bildirib ki, Paşinyana problemin həll üçün səylərini davam etdirməyi təklif edib. “Qarabağ probleminin həlli üçün daha çox zamana ehtiyac var” deyə Merkel qeyd edib. Dördpendirli pizza
Telegram kanalımız