“Anna Akopyan Bakıdan gələn qara kürü yeyir”

saytların hazırlanması

Evə çatdırılma

“Anna Akopyan Bakıdan gələn qara kürü yeyir”

Dünya

28 İyul 2021 08:08 7394


Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanın və yoxsul erməni ailəsinin əks olunduğu şəkillə yanaşı verdiyi vəd sosial şəbəkələrin erməni seqmentində geniş müzakirə olunur.

Andranik Ovannisyan paylaşdığı statusda bildirir ki, 2018-ci ildə Nikol Paşinyan hakimiyyətə gəldikdə yoxsulluğa son qoyacağını vəd etmiş, lakin Paşinyanın hakimiyyətinin üç ili ərzində Ermənistanda yoxsulluq artan dinamika ilə müşahidə olunmuşdur.

Andranik Ovannisyan daha sonra yazıb: “Ədalət naminə qeyd etmək lazımdır ki, Paşinyan ailəsinin, yoxsa ölkəsinin yoxsulluğundan danışdığını dəqiqləşdirməyib. Söhbət ailəsindən gedirsə, deməli, burada sözünü tutub. Anna Akopyan ehtimal ki, Bakıdan gələn qara kürü yeyir və geyimlərini brend markalı mağazalardan alır”. \\Konkret Sezar pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!