"Ermənistanın indiki hakimiyyətinin getdikcə daha çox yaratdğı və Qərbin maliyyəsi ilə həyata keçirilən yeni anti-rusizm dalğası ölkədə, xüsusən də əməkçi miqrantının olduğu Rusiyada ciddi narahatlıqlara səbəb olub".
Yenisabah.az xəbər verir ki, bu barədə “Past” qəzeti yazıb.
Erməni nəşri mövzunun davamında qeyd edib, bundan sonra Rusiyanın sərt tədbirlər, xüsusən də viza rejimi tətbiq etməsi, əcnəbilər, o cümlədən ermənilər üçün şəraitin sərtləşdirilməsi ilə bağlı narahatlıqlar var.
Təbii ki, bu, Rusiyada işləyən, Ermənistandakı ailələrinə pul göndərən insanları biganə qoya bilməz. Bu hal çox böyük narahatlığa səbəb olur və ya bəzi yerlərdə, necə deyərlər, anti-Nikol əhval-ruhiyyəsi yaradır, yaxud bu cür əhval-ruhiyyəni dərinləşdirir. Xüsusən, əyalətlərdə...”
Telegram kanalımız