Aparıcı Çinarə Əliyeva övladını itirib. Körpənin ölüm səbəbi məlum olub: qeysəriyyə əməliyyatı ilə doğulduqdan sonra ağ ciyərində yırtıq əmələ gəlib.
Yenisabah.az xəbər verir ki, 4 gündür sosial şəbəkələrdə heç bir paylaşım etməyən aparıcının izləyiciləri onun keçmiş paylaşımlarının şərh bölməsində başsağlığı diləkləri yazıralar.
Şərh yazanlar arasında psixoloq Samirə Bağırova da var: pizza hut
“Doğrudursa, yalan olsun. Çox pis oldum xəbərə. Hər dəfə qarşıma çıxanda, bəzi şərhləri görəndə düşünürdüm ki, Allah göz-nəzərdən saxlasın təki. Hamilə qadınlar ali missiya həyata keçirir və 9 ayı gözdən kənarda qalmaları çox önəmlidir. Allah səbr və şəfasını versin”.
Telegram kanalımız