Aprel Şəhidlərinin fotolarının polis əməkdaşları tərəfindən yığışdırılması ilə bağlı – TƏKZİB + Video

Aprel Şəhidlərinin fotolarının polis əməkdaşları tərəfindən yığışdırılması ilə bağlı – TƏKZİB
Sent 9, 2019 20:18
Oxunma sayı: 203

Bu gün günorta saatlarında Xəzər rayonu Şağan qəsəbəsində yerləşən “Qərib Pir” məscidindən bir neçə dindar “Yeni Sabah”a müraciət edərək məscidin divarına vurulmuş Aprel Şəhidlərinin fotolarının polis əməkdaşları tərəfindən yığışdırılması ilə bağlı tapşırığın olması barədə məlumat verib. Bu məlumat, tərəfimizdən  dəqiqləşdirilmədən, polisin mövqeyi öyrənilmədən saytda dərc olunub. 

Məlumat yayıldıqdan dərhal sonra Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyevlə əlaqə saxlanılaraq, polisin mövqeyi öyrənilib. Xidmət rəisi dərhal müvafiq araşdırma apardıqdan sonra redaksiya ilə əlaqə saxlayaraq, iddiaların həqiqətə uyğun olmadığını bildirib,  yayılan  məlumatın böhtan olduğunu qeyd edib. Verilən məlumat sayta əlavə olunaraq, dərc edilib. 

Qeyd edilənləri nəzərə alaraq, dəqiqləşdirilmədən yayılan məlumata görə, təəssüf edirik, oxuculardan polis əməkdaşlarından üzr istəyirik.

Yenisabah.az