Bakının Nizami rayonu, Heydər Əliyev prospektində, kənar yolda yol-nəqliyyat hadisəsi baş verib.
"Yeni Sabah" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzindən (NİİM) bildirilib.
Qeyd olunub ki, qəza səbəbindən əsas və kənar yolda hər iki istiqamətdə sıxlıq yaranıb. Online alış-veriş
Hazırda polis sıxlığın aradan qaldırılması istiqamətində tədbirlər görür.
"Yeni Sabah"ın əldə etdiyi məlumata görə, hadisə nəticəsində yaralanlar var.
Hadisənin görüntülərini təqdim edirik:
Telegram kanalımız