Aqrar Universitetində rektor vəzifəsini o icra edəcək

saytların hazırlanması

Evə çatdırılma

Aqrar Universitetində rektor vəzifəsini o icra edəcək

Sosial

09 Sentyabr 2022 14:03 1327


Azərbaycan Dövlət Aqrar Universitetinə rektor vəzifəsini icra edən təyin olunub. 

"Report"un xəbərinə görə, bununla bağlı müvafiq əmr imzalanıb.

Əmrə əsasən, bu vəzifəyə universitetin ümumi işlər üzrə prorektoru Zəfər Qurbanov gətirilib. Sezar pizza

O, universitetin kollektivinə təqdim edilib.

Qeyd edək ki, sentyabrın 6-da Prezident İlham Əliyevin sərəncamı ilə İbrahim Həsən oğlu Cəfərov Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru vəzifəsindən azad edilib. O, 2013-cü ildən Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru vəzifəsində çalışırdı. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!