Müğənni Vəfa Şərifova eks duet ortağı Aqşin Fatehdən danışıb.
Yenisabah.az xəbər verir ki, ATV telekanalında yayımlanan “7 Canlı” proqramının qonağı olan sənətçi Aqşinin onun işçilərini təhqir etdiyini deyib:
"Bizim əslində kiməsə acıq vermək üçün oxumaq fikrimiz yox idi. Nəfəslə duet oxuyandan sonra qarşı tərəfdən çoxlu daşlar gəldi. Zəng edib işçilərimi təhqir edirdi, hədələyirdi. Heç yaraşdırmadım, çünki gözləmirdim". pizza hut
Qeyd edək ki, Aqşin Fatehlə Vəfa Şərifova uzun müddətdir ki, qalmaqal yaşayır.
Telegram kanalımız