Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Saatlı rayon şöbəsinin səfərbərlik hazırlığı və səfərbərlik bölməsinin zabiti Araz Kərimlinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
"Yeni Sabah" APA-ya istinadla xəbər verir ki, Cəlilabad Hərbi Məhkəməsində hakim Vüqar Əhmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, təqsirləndirilən Araz Kərimli 6 min manat cərimə cəzasına məhkum edilib. Onun həbsdə qaldığı müddət nəzərə alınıb və cəzası 3 min manat cərimə ilə əvəz olunub. Araz Kərimli həbsdən azad edilib. pizza hut
A.Kərimli ötən il Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb. Bakı Hərbi Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Ona Cinayət Məcəlləsinin 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə (nüfuz alveri)) maddəsi ilə ittiham irəli sürülüb.
Telegram kanalımız