“Ard-arda dərmandan istifadə etməyin“- Həkimdən xəbərdarlıq

saytların hazırlanması

Evə çatdırılma

“Ard-arda dərmandan istifadə etməyin“- Həkimdən xəbərdarlıq

Sağlamlıq

04 Fevral 2019 19:08 1552


"Son vaxtlar uşaqlar arasında yüksək qızdırma ilə müşahidə olunan xəstəlik yayılıb. Bu zaman valideynlər ard-arda dərmandan istifadə etməyə tələsməsin”.

"Yeni Sabah" xəbər verir ki, bu barədə məlumatı məşhur pediatr Vaqif Qarayev yayıb. O bildirib ki, valideynlər həkimə qədər yalnız qızdırmasalıcının ilkin dozasını verə bilər:

“Bundan sonra qızdırmanın müalicəsini həkim izah edəcək. Amma əksər valideynlər istəyir ki, qızdırma bir gün ərzində normaya düşsün. Bu olmayacaq! Normaya salmağa tələsməyin.Virus bir gün ərzində məhv ola bilməz! 5-10 dəqiqə ərzində ard-arda iki dərman+bir şamdan istifadə etməyin. Yoxsa nəticədə qızdırma normadan aşağı düşəcək! Bu da əlavə problem yaradacaq”. pizza hut


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!