Arda Turanın məhkəməsi başladı

saytların hazırlanması

Evə çatdırılma

Arda Turanın məhkəməsi başladı

İdman

30 Yanvar 2019 16:56 1262


Futbolçu Arda Turanla müğənni Berkay Şahin arasında yaşanan mübahisə ilə bağlı məhkəmə başlayıb.

“Yeni Sabah” Türkiyə mediasına istinadən xəbər verir ki, Arda Turan cinsi zorakılıq, qəsdən adamyaralama, qorxu yarada biləcək tərzdə silahdan istifadə etmə və qanunsuz silah gəzdirməsinə görə günahlandırılır. Futbolçunun 12,5 il, Berkayın isə 2 illik həbs olunması istənilib. 

Arda Turan məhkəmənin bağlı keçirilməsini tələb etsə də, qəbul edilməyib. Marqarita pizza

Qeyd edək ki, ikili arasında əlbəyaxa dava zamanı Arda ifaçının burnunu sındırmışdı. Baş verənlərdən sonra isə Berkay futbolçunu məhkəməyə vermişdi. Baş verən davanın səbəbi Ardanın Berkayın həyat yoldaşına söz atması olmuşdu.

 

 

 

 

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!