Əgər çox kökəldiyinizi düşünürsünüzsə, bəzi qidalarla artıq çəkilərdən qurtulmağınız mümkündür. Arıqlamağın ən yaxşı yolu maddələr mübadiləsini idarə etməkdir. Bununla yağ yandırma sürətlənəcək və istədiyiniz görünüşə daha tez çatacaqsınız.
Bəs maddələr mübadiləsini hansı qidalar işə salır? Hansı qidalar yağ yandırır?
Yenisabah.az həmin qidaları təqdim edir: Dominos pizza
1. SARIKÖK
Dietoloqların da tez-tez məsləhət gördüyü sarıkök yağ yandırmada ən təsirli qidalardan biridir. Bu qida qarın piylərini dərhal əridir.
Əgər müntəzəm olaraq sarıkök çayı içsəniz, qısa zamanda bunun təsirini görəcəksiniz. Bu çay maddələr mübadiləsini sürətləndirir və arıqlamağı asanlaşdırır.
2. QUAVA MEYVƏSİ
Tərkibində bol C vitamini olan quava meyvəsi yağların yandırılmasında mühüm rol oynayır. Bu meyvə məşq edərkən bədəninizi daha "fit" və güclü edir. Bədənin ehtiyac duyduğu C vitamini miqdarını tam ödəyir. Bu da müqaviməti artırır. Quava meyvəsi yemək də gün ərzində aclıq böhranlarının qarşısını alır. Toxluq hissi yaradır və həddindən artıq kalori qəbulunun qarşısını alır.
3. ŞİRİN KARTOF
Ləzzətli dadı ilə hər kəsin sevdiyi şirin kartof tam yağ yandıran qidadır. Şirin kartofda çoxlu antioksidanlar, A, C, B və manqan kimi vitaminlər var. Şirin kartof, həmçinin liflə çox zəngindir, bu da həzm sisteminin düzgün işləməsinə kömək edir. Şirin kartofu zövqünüzə uyğun olaraq qarnitur və ya qəlyanaltı kimi istifadə edə bilərsiniz.
4. QOZ
Qoz arıqlamaq üçün də əla olan qidalardan biridir. O, inanılmaz iştahanı idarə edən gücə malik olan antioksidantlar və omeqa 3 yağ turşuları ilə zəngindir. Qoz həm də infarkt riskini azaldır. Rahatlıqla hər gün qəlyanaltılarınızda qoz yeyə bilərsiniz.
Telegram kanalımız